ABŞ Suriyanın Həsəkəh vilayətindəki bazalarına 50 yük maşını silah göndərib
Amerikalı terrorçu hərbçilər Suriyanın suverenliyini və beynəlxalq qanunları pozmaqla Suriya ərazisinə silah və hərbi texnika daşıyan əlli yük maşını daxil ediblər.
SəhərAzəri xəbər verir, İraqdakı qanunsuz əl-Vəlid keçidi ilə Suriyaya daxil olan bu karvan Suriyanın şimal-şərqindəki Həsəkəh vilayətində yerləşən Amerika hərbi bazalarına doğru hərəkət etməkdədir.
Bundan əvvəl də ABŞ bir neçə dəfə İraq vasitəsilə Suriya ərazisinə silah, həmçinin maddi-texniki və ağır texnika köçürübdür.
Amerika və müttəfiqləri terror qrupları ilə mübarizə bəhanəsi ilə qanunsuz şəkildə, yəni Suriya hökumətinin icazəsi olmadan bu ölkədə hərbi iştiraka malikdirlər.
Belə bir halda, ABŞ prezidenti Donald Tramp öz prezidentlik dövrünün əvvəlində Suriyadakı terror qruplaşmalarının, o cümlədən İŞİD-in yaradılmasında Amerikanın əsas amil olduğunu etiraf etmişdi.
Rəsmi məlumatlara görə, Amerika indiyədək milyardlarla dollar dəyərində silah və hərbi texnikanı Suriya və İraqda yerləşən terrorçuların sərəncamına veribdir.
Rəsmi Dəməşq ABŞ-ın və müttəfiqlərinin Suriyadakı əməllərinin "işğal" mənasına gəldiyini dəfələrlə vurğulayıbdır.