Əl-Həşduş Şəbi Komandirləri ABŞ-ı qorxudur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i371861-Əl_həşduş_Şəbi_komandirləri_abŞ_ı_qorxudur
Əl-Həşduş Şəbi vurğulayıb: “Komandirlərimiz ABŞ-ı qorxudur”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2021 06:41 Asia/Baku
  • Əl-Həşduş Şəbi Komandirləri ABŞ-ı qorxudur

Əl-Həşduş Şəbi vurğulayıb: “Komandirlərimiz ABŞ-ı qorxudur”

SəhərAzəri xəbər verir, İraqın Əl-Həşduş Şəbi təşkilatının Mətbuat Ofisi təşkilatın rəhbəri Falih Əl-Fəyyazın adının ABŞ tərəfindən sanksiya siyahısına salınmasına Tvitter üzərindən reaksiya verib.

Əl-Həşduş Şəbi təşkilatı “Komandirlərimiz ABŞ-ı qorxudur” heşteqi ilə paylaşdığı tvitində, belə qeyd edib: "ABŞ hökumətinin düşmən olaraq təyin etdiyi hörmətli insanlara qoşulan şəhidlərin dostu Əl-Həşduş Şəbinin lideri müəllimimiz Falih Əl-Fəyyazı təbrik edirik".

ABŞ-ın dövlət katibi Mayk Pompeo İraqdakı Əl-Həşduş Şəbi təşkilatının rəhbəri və keçmiş baş naziri Nuri Əl-Malikinin milli təhlükəsizlik müşaviri Falih Əl-Fəyyazı sanksiya siyahısına saldıqlarını bildirib.