Yan 11, 2021 19:32 Asia/Baku
  • “Əqsa Məscidindəki sionist planlar bölgəni alovlandırır”

Həmas İslami Müqavimət Hərəkatı Sionist düşməninin Əl-Əqsa məxcidində, xüsusən də Qaya Günbəzindəki pis planlarına qarşı xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, Həmas bir açıqlamasında vurğulayıb ki, Əl-Əqsa Məscidi, bütün məscidləri və əraziləri, xüsusən də Müqəddəs Qaya Günbəzi ilə tamamilə İslam məscidi və müsəlmanlar üçün müqəddəs bir yerdir.
HƏMAS, Sionist düşmənin Əl-Qüds və Əl-Əqsa Məscidi əleyhinə etdiyi məkirli planları və bu rejimin Fələstin xalqının qəzəbinə və ümmətin və azad dünyanın etirazlarına əhəmiyyət vermədən qondarma Yəhudi ibadətgahı inşa etmək üçün Qaya Günbəzini yıxma cəhdləri barədə xəbərdarlıq edərək, vurğulayıb ki, Sionist ordusunun himayəsində olan işğalçı Yəhudi köçkünlərin Əl-Əqsa Məscidinin dini, tarixi və coğrafi vəziyyətini dəyişdirmək səyləri uğursuz olacaq və heç yerə çatməyəcəkdir.
Həmas həm də xəbərdarlıq edib ki, Əl-Əqsa Məscidinə qarşı hər hansı bir sui-qəsd və hücum bütün bölgəni alovlandıracaq.

Teqlər