Yan 12, 2021 15:09 Asia/Baku
  • Ziqarda etirazlar bərpa olunub

İraqlı mənbələr bu ölkənin cənubunda yerləşən «Ziqar» vilayətinin mərkəzi sayılan Nasiriyyə şəhərində yenidən etirazların keçirilməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, yüzlərlə iraqlı etirazçı Nasiriyyə şəhərinin Əlhəbubi meydanına toplaşıb.

Şüarlar verərək, öz tələblərinin yerinə yetirilməsini tələb edən etirazçılar aksiyaçıların qırğın edilmələri amillərinin məsuliyyətə cəlb olunmalarını tələb ediblər.

Son bir neçə gün ərzində Ziqarda aksiyaçıların təhlükəsizlik qüvvələri ilə toqquşmaları nəticəsində bir polis məmuru öldürülüb, onlarla nəfər də yaralanıbdır.

Şənbə günü gecə də Bağdad, Nəcəf və Divaniyyədə çox sayda insan Ziqardakı nümayişçilərlə həmrəylik əlaməti olaraq, aksiya keçirib.

Bu etirazların ardınca İraqda insan hüquqları komissarlığı bu ölkənin baş naziri Mustəfa Əlkazimidən istəyibdir ki, Ziqarda təhlükəsizlik şəraitinə nəzarəti üzərinə götürsün və bu vilayətdəki çaxnaşmaları durdurmaq, təhlükəsizliyi genişləndirmək və qan axıdılmasını dayandırmaq üçün təcili tədbirlər görsün.

Teqlər