Sionist qırıcılar Suriyanın şərqinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i371974-sionist_qırıcılar_suriyanın_şərqinə_hücum_ediblər
Sİonist rejim qırıcıları Suriyanın şərqindəki bəzi bölgələri hücuma məruz qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2021 11:44 Asia/Baku
  • Sionist qırıcılar Suriyanın şərqinə hücum ediblər

Sİonist rejim qırıcıları Suriyanın şərqindəki bəzi bölgələri hücuma məruz qoyublar.

SəhərAzəri xəbər verir, bu qırıcılar bu gün səhərçağı Suriyanın Diyrəzzur və Əlbukəmal şəhərlərini hədəfə alıblar. Tələfat olmayıb və yalnız bir neçə nəfər yaralanıbdır.

Sİonist rejim son illər dəfələrlə Suriyanın müxtəlif şəhər və rayonlarına havadan hücumlar edibdir ki, bu ölkənin hava hücumundan müdafiə qüvvələrinin vaxtlı reaksiyası ilə əksər hallarda hücumlar dəf olunubdur.

Suriyada böhran 2011-ci ildən etibarən, Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyi ilə regionda qüvvələr balansının sionist rejimin xeyrinə dəyişdirilməsi məqsədilə terrorçu qrupların genişmiqyaslı hücumu ilə başlayıb.

Suriya ordusu İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın dəstəyi ilə ölkədə İŞİD terror qruplaşmasının işini bitirə bilib. Digər terrorçu qruplaşmalar da məğlub olmaqdadırlar.

Sİonist rejim Suriyadakı terrorçuların tamamilə darmadağın edilməsindən çox nigarandır.