Sionist rejim polisi Netanyahuya etiraz edən ərəblərlə toqquşub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i371991-sionist_rejim_polisi_netanyahuya_etiraz_edən_ərəblərlə_toqquşub
Sionist rejimin təhlükəsizlik qüvvələri işğal olunmuş Fələstin sakini olan və bu rejimin baş nazirinə etiraz edən ərəblərin aksiyasına hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2021 16:55 Asia/Baku
  • Sionist rejim polisi Netanyahuya etiraz edən ərəblərlə toqquşub

Sionist rejimin təhlükəsizlik qüvvələri işğal olunmuş Fələstin sakini olan və bu rejimin baş nazirinə etiraz edən ərəblərin aksiyasına hücum ediblər.

SəhərAzəri xəbər verir, İşğal altında olan Fələstində yaşayan bir qrup ərəb bu gün sionist rejimin baş nazirinə qarşı nümayiş keçirib.

Bu aksiya Benyamin Netanyahunun Əlnasiriyyə şəhərinə öncədən planlaşdırılmış səfərinə etiraz olaraq keçirilib. Əlnasiriyyə İşğal altında olan Fələstinin şimalında yerləşir və əhalisinin əksər hissəsini fələstinli ərəblər təşkil edirlər.

İnformasiya mənbələri polisin etirazçılarla toqquşmasından və təhlükəsilzlik məmurları tərəfindən bir neçə nəfərin həbs olunmasından xəbər veriblər.

İşğal olunmuş ərazilər son yeddi ay ərzində Netanyahuya qarşı geniş aksiyaların şahidi olublar. Netanyahunun nazirlər kabinetinin acizliyi, koronavirus epidemiyasının geniş miqyas alması, korrupsiya, həmçinin insanların iqtisadi vəziyyətinin daha da pisləşməsi bu aksiyaların əsas səbəblərindəndir.a