Suriya XİN-dən BMT-yə şikayət
Suriyanın Xarici İşlər Nazirliyi BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının dövri sədrinə məktubda sionist rejimin Diyrəzzura olmuş son hücumu barədə şikayət edib.
SəhərAzəri xəbər verir, Nazirlik bu məktubda sionist rejimin Diyrəzzura hücumunun kürd demokratik qüvvələrin cinayətkarcasına hərəkətləri və amerikan qüvvələrin dəstəyi ilə bir zamana düşməsini bu bölgələrdə öz düşmənçilik planlarını gerçəkləşdirmək istiqamətində onların arasındakı ahəngdarlığın bəyanedicisi adlandırıb.
Öz məktubunda sionist rejimi qanunpozan bir rejim adlandıran Suriyanın Xarici İşlər Nazirliyi BMT-ni və Təhlükəsizlik Şurasını sionist rejimin qanun pozuntuları ilə qətiyyətlə davranmağa çağırıb.
Çərşənbə günü səhər tezdən Suriyanın şərqində yerləşən Diyrəzzur və Əlbukəmal şəhərlərindən bəzi rayonlar sionist rejim qırıcılarının hücumları hədəfinə çevrildilər.
Sionist rejim son illərdə dəfələrlə Dəməşqə və Suriyanın müxtəlif bölgələrinə qarşı hava hücumları təşkil edib, lakin bu ölkənin hava hücumundan müdafiə qüvvələrinin vaxtlı reaksiyası ilə əksər hallarda hücumlar dəf olunubdur.