Əl-Həşduş Şəbi İŞİD-in toplantı məntəqələrini darmadağın etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i372084-Əl_həşduş_Şəbi_İŞİd_in_toplantı_məntəqələrini_darmadağın_etdi
Əl-Həşduş Şəbi döyüşçüləri dünən (14 yanvar) axşam Samirranın şimalında bir neçə İŞİD terror toplantısını darmadağın edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2021 04:14 Asia/Baku
  • Əl-Həşduş Şəbi İŞİD-in toplantı məntəqələrini darmadağın etdi

Əl-Həşduş Şəbi döyüşçüləri dünən (14 yanvar) axşam Samirranın şimalında bir neçə İŞİD terror toplantısını darmadağın edib.

SəhərAzəri Farsnews xəbər agentliyinə istinadən xəbər verir ki, İraq KİV-lərinin verdiyi məlumata görə, əməliyyat dəqiq məxfi məlumatlar əsasında 313-cü Əl-Həşduş Şəbi briqadası tərəfindən başladılıb.

Əl-Həşduş Şəbi Əməliyyatları Ofisi Samirranın şimalındakı Əl-Zoura bölgəsindəki terrorçuların bir neçə toplantı məntəqələrinin darmadağın edildiyini, bir çox terrorçunun öldürüldüyünü və yaralandığını elan edib.

Samirrada Əl-Həşduş Şəbi Əməliyyatları Komandanlığı İŞİD-in şəhərdəki müqəddəs yerlərə çatmaq üçün zaman-zaman cəhdləri barədə xəbərdarlıq etmiş və komandanlığın qüvvələrinin Əsgəreyn İmamlarının (ə) ziyarətgahını müdafiə etməyə tam hazır olduğunu bildirmişdi.