Yan 16, 2021 15:10 Asia/Baku
  • İraq rəsmisi Yaxın Şərqdə qızıl kəmər yaratmaq planını məmnuniyyətlə qarşıladı

İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, ölkəmizin rəsmilərindən biri tərəfindən qaldırılan qızıl kəmər yaradılması məsələsini məmnuniyyətlə qarşılayıb.

SəhərAzəri xəbər verir, İraq parlamentindəki Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Əbdül Xaliq Əl-Əzzavi  dünən(cümə) Bağdad Əl-Youm xəbər saytına verdiyi müsahibədə,  İran Məsləhət Şurasının baş katibi Mohsen Rezayı tərəfindən çağırılan “Qızıl kəmər” adlı layihə barədə deyib: Qızıl Kəmər adlanan layihə, İranla İraq və Yaxın Şərq arasında həmrəyliyə və birliyə səbəb olarsa məqbuldur.

Əl-Əzzavi qeyd edib: İraqda daxili vəziyyət aydındır və bu ölkə bəzi xarici müdaxilələr səbəbindən zəiflik və problemlərdən əzab çəkir. 

Əl-Əzzavi bölgənin sabitliyə və sülhə ehtiyacı olduğunu vurğulayıb.

Teqlər