Yan 18, 2021 14:08 Asia/Baku

İnsan Haqları Gözətçiləri Təşkilatı bir bəyanatda vurğulayıb ki, sionist rejim bir işğalçı olaraq, fələstinlilər üçün koronavirus vaksini tədarük etməlidir".

SəhərAzəri xəbər verir, İnsan Haqları Gözətçiləri Təşkilatı bəyanatda əlavə edib: "Cenevrə Konvensiyasına əsasən, işğalçı rejim səhiyyə xidmətləri göstərməyə, o cümlədən Fələstin vətəndaşları arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri görməyə borcludur".

İnsan haqları təşkilatı qeyd edib ki, indiyədək sionist rejim vətəndaşlarından 20 faizdən çoxu koronavirusa qarşı peyvənd olunubdur və bu rejim işğal olunmuş Qərb sahili və Qəzzədəki 4,5 milyon fələstinli üçün koronavirus vaksini təmin etməyə borcludur".

Eyni zamanda, keçən həftə Fələstin Özünüidarə Təşkilatının Daxili İşlər Nazirliyi sionist rejimin bir işğalçı olaraq və insan haqları qanunları və beynəlxalq razılaşmalara əsasən, fələstinlilər üçün koronavirus peyvəndi almağa öhdəlikli və borclu olduğunu vurğulayıb.

Sionist rejim iki həftə əvvəldən , Fələstinin işğal olunmuş ərazilərində yaşayan sakinlərin koronavirusa qarşı peyvənd olması üçün geniş tədbirlərə başlayıb.

Fələstin Özünüidarə Təşkilatının Səhiyyə Nazirliyi də ən son hesabatında koronavirusa yoluxanların ümumi sayının 170 mindən çox olduğunu və indiyədək min 861 nəfərin həyatını itirdiyini bildirib.

Teqlər