Yan 22, 2021 13:02 Asia/Baku
  • İŞİD Bağdad partlayışlarının məsuliyyətini üzərinə götürüb

Terrorçu İŞİD qruplaşması rəsmi şəkildə Bağdadın Əltiran meydanında baş vermiş iki intihar partlayışının məsuliyyətini üzərinə götürüb.

SəhərAzəri xəbər verir, bu terror qruplaşmasının tabeliyində olan «Əmaq» informasiya agentliyi bu gün səhərçağı bir bəyanatda bildirib ki, qeyd olunan əməliyyatda bu qruplaşmanın ünsürlərindən olan Əbu-Yusuf Ələnsari öz partlayış qurşağını Bağdadın Əltiran meydanında partladıb.

İkinci partlayış qurşağı da elə həmin üsulla bu qruplaşmanın digər bir üzvü- Muhəmməd Arif Əlmuhacir tərəfindən partladılıbdır.

İraqlı rəsmilərin sözlərinə görə, Bağdadın Əltiran meydanındakı izdihamlı bazarda baş verən bu iki partlayışda 32 nəfər ölüb, 110 nəfər də yaralanıbdır.

Bu hərəkətin ardınca İraqın baş naziri Mustəfa Əlkazimi həmin təhlükəsizlik probleminin baş verməsi səbəblərinin aydınlaşması üçün təcili təhqiqatların başlanması, həmçinin terrorçuların keçidi və bu alçaq cinayətləri törətmələrini asanlaşdırmış terror özəklərinin təqib olunmaları haqda göstəriş verib.

Bu iki partlayış İran İslam Respublikası da daxil olmaqla müxtəlif ölkə və təşkilatlar tərəfindən pislənibdir.

Teqlər