Sionist rejimin Suriyanın qərbinə qarşı hücumunda bir ailənin üzvləri həyatlarını itiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i372334-sionist_rejimin_suriyanın_qərbinə_qarşı_hücumunda_bir_ailənin_üzvləri_həyatlarını_itiriblər
Suriyadakı bir hərbi mənbə sionist rejimin Suriyanın Həmah şəhərinə qarşı hücumunda bir ailənin üzvlərinin həyatlarını itirmələri, bir neçə nəfərin də yaralanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2021 15:18 Asia/Baku
  • Sionist rejimin Suriyanın qərbinə qarşı hücumunda bir ailənin üzvləri həyatlarını itiriblər

Suriyadakı bir hərbi mənbə sionist rejimin Suriyanın Həmah şəhərinə qarşı hücumunda bir ailənin üzvlərinin həyatlarını itirmələri, bir neçə nəfərin də yaralanmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sionist rejimin Suriyanın qərbində yerləşən Həmah şəhərinin yaxınlığındakı bir bölgəyə qarşı hücumunda bir ailənin üzvləri, o sıradan ata, ana və ailənin iki uşağı dünyasını dəyişibdir.

Bu mənbə sonra bildirib ki, həmin hücumda daha dörd nəfər, o cümlədən bir qadın, iki uşaq və bir yaşlı şəxs yaralanıb, üç ev də dağılıbdır.