Tunis prezidentinin uğursuz terrorunda sionist rejimin əlinin olması ehtimalı var
Tunisdə «Əlşəəb» hərəkatının baş katibi Tunis prezidentinin uğursuz terrorunda sionist rejimin əlinin olması ehtimalından danışıb.
SəhərAzəri xəbər verir, Zəhir Əlməğzavi Əlməyadin telekanalı ilə müsahibədə deyib: Tunis prezidenti Qəys Səidin terrorunda sionist rejimin əlinin olması ehtimalı var. Özü də ona görə ki, o, bu rejimlə münasibətlərin adiləşdirilməsinə qarşı olubdur.
Tunis mediaları dünən gecə bu ölkənin prezidenti Qəys Səidə qarşı uğursuz terrordan xəbər veriblər.
Bu məlumatlara görə, Qəys Səid iki gün bundan qabaq ofisinə göndərilən zəhərli məktubla terror hədəfinə çevrilib.
Məlumatlarda Tunis prezidentinin tamamilə sağlam olduğu, barəsində xas bir olayın baş vermədyi qeyd olunur.
Tunisin Xarici İşlər Nazirliyi bundan öncə bildirmişdi ki, sionist rejimlə münasibətlərin adiləşdirilməsi barədə irəli sürülən iddilar Fələstin xalqının qanuni hüquqları və Fələstin amalının himayədarı olan Tunis Respublikasının rəsmi mövqe və prinsipləri ilə təzad təşkil edir.