Suriyanın Afrin şəhərində dəhşətli partlayış baş verdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i372696-suriyanın_afrin_şəhərində_dəhşətli_partlayış_baş_verdi
Suriyanın Afrin şəhərinin mərkəzində bu gün (30 yanvar) bomba yerləşdirilmiş maşının partladığı bildirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2021 15:40 Asia/Baku
  • Suriyanın Afrin şəhərində dəhşətli partlayış baş verdi

Suriyanın Afrin şəhərinin mərkəzində bu gün (30 yanvar) bomba yerləşdirilmiş maşının partladığı bildirilib.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki,  suriya mənbələrinin verdiyi məlumatına görə, partlayış şəhərin mərkəzindəki Əl-Sinaə bölgəsində baş verib. Afrin özlərini Azad Suriya Ordusu adlandıran terrorçular və Türkiyə ilə əlaqəli qruplaşmaların işğalı altındadır.

Partlayış nəticəsində indiyə qədər mediada 2 uşaq olmaqla 6 nəfərin həlak olması və ən az 15 nəfərin yaralandığı bildirilib.