Netanyahunun, BƏƏ və Bəhreynə planlaşdırdığı səfərin pərdə arxası hədəfləri
İsğal olunmuş ərazilərdə Benyamin Netanyahu-ya qarşı etirazlar səngimək bilmir. Bundan belə Sionist İsrail rejiminin başçısı BƏƏ-i və Bəhreynə səfər etmək üçün hazırlıqlara başlayıb.
SəhərAzəri xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, ABŞ vasitəçiliyi ilə 15 sentyabr tarixində Sionist rejimlə münasibətləri normallaşdırmağa başladı. Sazişin imzalanmasından bəri Netanyahunun BƏƏ və Bəhreynə səfəri məsələsi gündəmə gəldi, lakin bu günə qədər səfər üç dəfə dayandırılıb.
İşğal olunmuş ərazilərdəki siyasi böhran Netanyahunun iki Ərəb ölkəsinə səfərini təxirə saldı. Onun kabinet daxili və xaridəki rəqibləri parlamenti buraxmasını və vaxtından tez seçkilərin keçmirilməsini planlaşdırırdılar.
Bundan əlavə, işğal olunmuş ərazilərdə Netanyahunun korrupsiyasına, geniş iqtisadi böhranlara və korona virus dönəmindəki zəif əməl etməsinə görə kütləvi nümayişlər davam edir.
Buna görə, siyasi mövqeyindən narahat olan Netanyahu, daxildəki öhranları nəzərə alaraq, BƏƏ və Bəhreynə səfərini təxirə saldı.
Netanyahu elə bir halda bu səfərə çıxacaq ki, sionist mənbələr, gələn həftə BƏƏ-ə planlaşdırılmış üçgünlük səfərin, üç saata dəyişdirilməsini deyirlər. sonar isə Netanyahu Bəhreynə getməli olacaq.
Görünən odur ki, Netanyahunun əsas məqsədi, BƏƏ və Bəhreynə ilk səfərini qeyd etməkdir. Netanyahu, BƏƏ və Bəhreynlə diplomatik münasibətləri xarici siyasətdəki səyləri və qazandığı uğurlar nəticəsində görür.
Bu səbəbdən, o baş nazirlik vəzifəsinin növbəti seçkilərdə sona çatması ehtimalı ilə bu səfəri öz adına qeyd etmək niyyətindədir.