Fev 08, 2021 08:32 Asia/Baku
  • Səudiyyəli jurnalistin qətli ilə bağlı kəşfiyyat hesabatı hazırlanıb

Səudiyyəli jurnalist Qaşıqçının qətli ilə əlaqədar ABŞ kəşfiyyatının apardığı araşdırmaların nəticəsi tezliklə Konqresə təqdim ediləcək.

SəhərAzəri xəbər verir ki, Şəfəqna Xəbər Agentliyinin xarici medialara istinadən yaydığı məlumata əsasən, bu barədə AĞ Evin xüsusi nümayəndəsi Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

ABŞ rəsmisi bildirib ki, bu çox dəhşətli hadisə idi və qanuna əməl olunmalıdır. 

O, Səudiyyə Ərəbistanında insan haqları məsələlərinə də toxunub: “Ümid edirik ki, ər-Riyad siyası məhbuslar probleminə daha diqqətli olacaq”.

Xatırladaq ki, Səudiyyənin vəliəhd şahzadəsini tənqid edən jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib, cəsədi isə doğranaraq diplomatik binadan çıxarılıb.

Teqlər