BƏƏ-nin xarici işlər naziri kənarlaşdırılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i373142-bƏƏ_nin_xarici_işlər_naziri_kənarlaşdırılıb
Birləşmiş Ərəb Əmirlikləri hökuməti xarici məsələlər üzrə müşavir Ənvər Qərqaşı və müşavir nazir Zəki Nəsibəni vəzifələrindən kənarlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2021 07:11 Asia/Baku
  • BƏƏ-nin xarici işlər naziri kənarlaşdırılıb

Birləşmiş Ərəb Əmirlikləri hökuməti xarici məsələlər üzrə müşavir Ənvər Qərqaşı və müşavir nazir Zəki Nəsibəni vəzifələrindən kənarlaşdırıb.

SəhərAzəri xəbər verir, Birləşmiş Ərəb Əmirliklərinin nazirlər kabinetində baş vermiş yeni dəyişikliklərdə bu ölkənin baş nazir müavini və Dubayın hökmranı Muhəmməd bin Raşid Ali-Məktum xarici məsələlər üzrə müşavir Ənvər Qərqaşı və müşavir nazir Zəki Nəsibəni vəzifələrindən kənarlaşdırıb. O, Şəxbut bin Nəhyan bin Mubarək Ali-Nəhyanı və xəlifə Şahin Əlmərəri iki müşavir kimi təyin edib.

Sputnik informasiya agentliyi də xəbər veribdir ki, Ənvər Qərqaş əmirliklərin baş nazirinin diplomatik müşaviri təyin edilibdir.