Səudiyyə koalisiyası Yəmən üçün yanacaq daşıyan gəmini ələ keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i373326-səudiyyə_koalisiyası_yəmən_üçün_yanacaq_daşıyan_gəmini_ələ_keçirib
Xəbər mənbələri Bazar ertəsi gecəsi Səudiyyə koalisiyasının Yəmənə 29 min 988 ton dizel gətirən yeni bir gəmini ələ keçirdiyini bildirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2021 12:00 Asia/Baku
  • Səudiyyə koalisiyası Yəmən üçün yanacaq daşıyan gəmini ələ keçirib

Xəbər mənbələri Bazar ertəsi gecəsi Səudiyyə koalisiyasının Yəmənə 29 min 988 ton dizel gətirən yeni bir gəmini ələ keçirdiyini bildirdi.

SəhərAzəri xəbər verir ki, Yəmən Milli Neft Şirkətinin sözçüsü Essam əl-Mütəvəkkil, təcavüzkar Səudiyyə koalisiyasının Yəmən xalqının əzablarını qəsdən gücləndirdiyinə işarə edərək bildirib ki, bu düşməncəsinə hərəkətlər anti-beynəlxalq və humanitar qanunlarla zidd olduğuna əyani sübutdur.

Yəmən Milli Neft Şirkətinin sözçüsü həmçinin Yəməndəki vəziyyətin pisləşməsində Səudiyyə Koalisiyası başda olmaqla Birləşmiş Millətlər Təşkilatı və ABŞ-ın məsuliyyət daşıdığını söyləyib.

Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirliklərinin və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından bəri Yəmənə dəniz, quru və havadan mühasirəyə başladı ki bu təcavüz 16.000-dən çox yəmənlinin ölümü və on minlərlə insanın yaralanması ilə nəticələnib.