Fev 18, 2021 09:16 Asia/Baku
  • İKVB daxili tərəflərin Ərbilə hücumda ittiham olunmalarını tənqid edib

İraq Kürdüstanı Vətənpərvərlər Birliyinin üzvü/ Ərbilə hücumda əlinin olması haqda Əlhəşduşşəbi-yə qarşı ittihamlara reaksiya verib.

SəhərAzəri xəbər verir, o, belə bir sualı ortaya qoyub: Nə üçün bəzi daxili tərəflər ittiham olunurlar, halbuki Türkiyə və İŞİD bu məsələdə ittiham edilməyiblər?

Qiyas Əlsurci İraqın “Ələhd Nyus” informasiya agentliyi ilə müsahibədə deyib: İraq Kürdüstanı Vətənpərvərlər Birliyi bazar ertəsi günü gecə Ərbil hava limanına yaxın əraziyə qarşı raket hücumu ilə bağlı heç bir tərəfi ittihamlandırmayıb və təhqiqatın nəticələrini gözləyir.

O, söyləyib: Ərbilin və onun hava limanının hədəfə alınması pislənir və suverenliyin pozulması sayılır.

Əlsurci sonra deyib: Bütün kürd partiyaları, beynəlxalq və yerli təşkilatlar və kürdlər, ekspertlərin təhqiqatları bitməyənədək heç bir tərəfi ittiham etməməlidirlər.

İraq Kürdüstanı iqliminin daxili işlər nazirliyi çərşənbə axşamı günü bir bəyanatda bildirdi: Yerli vaxtla, bazar ertəsi günü gecə saat doqquz-otuz dəqiqədə Ərbil şəhərinə və onun ətrafına bir neçə raket atıldı və raketlər bir neçə nöqtəyə düşdü.

İŞİD-ə qarşı beynəlxalq koalisiyanın hərbi sözçüsü Vayn Maroto da bir tvitt-də yazıb: Bu hücum bir amerikalı podratçının ölümünə və təxminən səkkiz-doqquz nəfərin də yaralanmasına bais oldu.

İraq Kürdüstanı iqliminin bəzi məsul şəxsləri iddia ediblər ki, bu raket hücumu Əlhəşduşşəbi qüvvələri tərəfindən həyata keçirilib. Bu məsələ dərhal Əlhəşduşşəbi tərəfindən təkzib olunub.

Əlhəşduşşəbi təşkilatının İraqın şimal mehvərindəki sözçüsü Əli Əlhuseyni belə deyib: İraq Kürdüstanı Demokratik Partiyasının Əlhəşduşşəbi-yə qarşı ittihamları yalandır; xüsusən ona görə ki, hamı Barezaninin və onun partiyasının Əlhəşduşşəbi-yə qarşı küdurətindən xəbərdardır.

Teqlər