İraqda terrorçu ABŞ ordusunun karvanına bir daha hücum edilib
İraqlı mənbələr bu gün səhər tezdən bu ölkədə terrorçu ABŞ ordusunun digər bir karvanının hədəfə alınmasından xəbər veriblər.
SəhərAzəri xəbər verir, terrorçu ABŞ ordusunun bu logistik karvanı İraqın cənubunda yerləşən Ziqar vilayətinin mərkəzindəki Əlnasiriyyə şəhərindən keçərkən hücuma məruz qalıb.
Bu məlumatı verən «Sabirin» xəbər kanalı daha artıq təfərrüata və bu hücumun ehtimal olunan tələfata işarə etməyib.
Bu media dünən axşam da terrorçu ABŞ ordusunun bir logistik karvanının İraqın Əldivaniyyə vilayətində hədəfə alınmasından xəbər vermişdi.
Amerikanın İraqdakı hərbi baza və karvanları son aylar ərzində dəfələrlə hədəfə alınıblar.
İraq xalqından və iraqlı qruplardan bir çoxu terrorçu Amerika qüvvələrinin İraqdan çıxmalarını tələb edir. İraq parlamenti də bu qüvvələrin həmin ölkədən çıxmaları barədə bir layihə qəbul edibdir.