Fev 26, 2021 11:58 Asia/Baku
  • ABŞ İraqda «Kətaib Hizbullah» qrupunun mövqelərini bombalayıb

ABŞ qırıcıları İraq-Suriya sərhədində «Kətaib Hizbullah» qrupunun mövqelərini bombalayıblar.

SaharAzeri xəbər verir, İraqın müqavimət qüvvələrinin tabeliyində olan «Sabirin Nyus» mediası bu gün bildirib ki, Amerika qırıcıları İraq-Suriya sərhədində bir binanı və digər bir nöqtəni hədəfə alıblar. Qeyd olunan obyektlər Əlbukəmal və Əlqaim bölgələri arasında yerləşir. Bu hücum nəticəsində indiyədək bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıbdır.

«Uoll-Strit Cournal» qəzeti də məlumatlı mənbələrə istinadla yazıb ki, Amerika qırıcıları tərəfindən hədəfə alınan binadan, amerikalı qüvvələrə qarşı hücum üçün istifadə edilibdir.

ABŞ müdafiə nazirliyi- Pentaqon bir bəyanatda bildirib ki, Amerika prezidenti Co Baydenin göstərişi ilə Suriyanın şərqindəki mövqeləri bombalayıb, zira həmin mövqelərdən İraqın Kürdüstan iqlimi bölgəsində yerləşən amerikalı qüvvələrin bazasına hücum edilibdir.

Ötən həftə Ərbil beynəlxalq aeroportuna və onun ətrafına bir neçə raket atılıbdır ki, nəticədə bir amerikalı podratçı ölüb, doqquz nəfər də yaralanıbdır.

«Səraya Uliya Əldəm» qrupu Ərbil hava limanına qarşı hücumun məsuliyyətini üzərinə götürüb.

Bir çox İraq vətəndaşı və iraqlı qrup terrorçu amerikalı qüvvələrin bu ölkədən çıxmalarını tələb edir. İraq parlamenti də həmin qüvvələrin çıxışı barədə bir layihə qəbul edibdir.

Teqlər