İraqda ABŞ-ın 2 hərbi təchizat karvanı hədəfə alındı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i373766-İraqda_abŞ_ın_2_hərbi_təchizat_karvanı_hədəfə_alındı
İraqlı mənbələr fevralın 25-i ABŞ-ın iki hərbi təchizat karvanının İraqda hədəfə alındığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2021 05:39 Asia/Baku
  • İraqda ABŞ-ın 2 hərbi təchizat karvanı hədəfə alındı

İraqlı mənbələr fevralın 25-i ABŞ-ın iki hərbi təchizat karvanının İraqda hədəfə alındığını bildiriblər.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Sabreen News Teleqram kanalı karvanların Bağdad və Babil vilayətlərində hədəfə alındığını bildirib.

ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiyası bu xəbərə hələ cavab verməyib.

Son aylarda İraqdakı müxtəlif hərbi bazalarda yerləşən ABŞ əsgərləri üçün maddi-texniki təchizat daşıyan karvanlar dəfələrlə yol kənarında yerləşdirilən bombalar tərəfindən hədəfə alınmışdı. Bu karvanlar İraqa əsasən qərbdə Suriya sərhədindən və ya cənubda Küveyt sərhədindən daxil olur.

 

Bir çox İraq qrupu, ölkədə mövcud olan ABŞ qüvvələrini işğalçı sayır və bu qüvvələrin İraqdan dərhal çıxmasını tələb edirlər.