Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i373775-səudiyyə_vəliəhdi_jurnalistin_qətlinə_göstəriş_verib
ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanın jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsinə göstəriş verdiyini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2021 06:55 Asia/Baku
  • Səudiyyə  vəliəhdi jurnalistin qətlinə göstəriş verib

ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanın jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsinə göstəriş verdiyini açıqlayıb.

SəhərAzəri modern.aza- istinadən xəbər verir ki, kəşfiyyatın hesabatında vəliəhdin jurnalisti krallıq üçün təhdid kimi qiymətləndirdiyini və qətlə yetirilməsinə göstəriş verdiyini yazıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan jurnalist Qaşıqçı 2018-ci ilin oktyabrında İstanbulda itkin düşmüşdü. Səudiyyə Ərəbistanı Baş Prokurorluğu sonradan jurnalistin ölümünü etiraf etdi.

İstintaqla əlaqədar 21 nəfər saxlanılıb.