ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri: “ABŞ Bin Salmanı məsuliyyətə cəlb etməlidir”
enatın Xarici Əlaqələr Komitəsinin Demokratik sədri Bob Menendez Camal Kaşıkçının qətli ilə bağlı Bin Salmanı məsuliyyətə cəlbedilməsini deyib.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Senatın Xarici Əlaqələr Komitəsinin Demokratik sədri Bob Menendez səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı hesabatın yayımlanmasını alqışlayaraq, Vaşinqtonun vəliəhd şahzadə Bin Salmanı məsuliyyətə cəlb etməli olduğunu bildirib.
Məlumata əsasən Bob Menendez açıqlamasında deyib: “Donald Trampın prezident Camal Kaşıkçının öldürülməsini ört-basdır etməsinə son qoyan Bayden, şəffaflığa və qanunun aliliyinə sadiq olduğunu nümayiş etdirdi.
Bu, yalnız ilk düzgün addım idi və Bayden hökumətinin bu addımı atmasına sevindim. İndi ümid edirəm ki, bu, yalnız ilk addımdır və hökumət (Bayden) Səudiyyə rejiminin vəliəhdi Məhəmməd bin Salmanın bu dəhşətli cinayətdəki roluna görə məsuliyyətə cəlb olunması üçün konkret tədbirlər görmək niyyətindədir.
Menendez deyib ki, rezident Trampın illərdir məlumat verməkdən imtina etməsi və hətta xarici liderin öz kəşfiyyat orqanlarına qarşı amansız hərəkətlərini müdafiə etməyə qədər getməsi onun vəzifəsində qalacaq çoxlu ləkələrdən biridir: “ABŞ müttəfiqlərimizə və düşmənlərimizə əsas dəyərlərə, o cümlədən əsas insan hüquqlarına və insan ləyaqətinə hörmətin ABŞ xarici siyasətinin hərəkətverici qüvvəsi olduğu barədə açıq bir mesaj göndərməlidir. Həm də Məhəmməd bin Salman kimi insanlar üçün gerçək nəticələrin olmasına əmin olmalıyıq, çünki bunu etməsək dünyadakı zalım hökmdarlar (dünyada) hökmdarlığın toxunulmazlığın (cinayətdən) qanundan üstünlüyü olması mesajını alacaqlar”.