İordaniya nazirlər kabinetinin üzvləri istefa veriblər
Bəşşar Hani Əlxəsəunə-nin başçılıq etdiyi İordaniya nazirlər kabinetinin üzvləri öz vəzifələrindən kənara çəkiliblər.
SəhərAzəri xəbər verir, İordaniya hökumətinin yeni nazirləri gələn həftə təqdim olunacaqlar və bu, Əlxəsaunə hökumətində ilk islahat olacaqdır.
İordaniya kralı, 2-ci Abdullah, bundan öncə və keçmiş baş nazir Ömər Əlrəzzazın istefasından sonra Bəşşar Hani Əlxəsəunəyə yeni nazirlər kabinetinin təşkilini həvalə etdi.
İordaniyanın yeni nazirlər kabinetində otuz bir nazir var.
İordaniyanın keçmiş baş nazirinin istefa ərizəsi ilə razılıq, 2-ci Abdullahın bir fərman verərək, parlamentin buraxıldığını bildirməsindən altı gün sonra verilibdir.
İordaniya əsas qanununun 74-cü maddəsinin ikinci bəndi hökuməti parlamentin buraxılması tarixindən bir həftə müddətində istefa verməyə məcbur edir və daha baş nazirin növbəti nazirlər kabinetini təşkil etməyə haqqı olmur.
İordaniya müstəqil seçki komissiyası gələn parlament seçkiləri üçün namizədlik dövrünün oktyabrın altısından başlanması şərti ilə noyabrın onunu Türkiyədə ümumi seçkilər üçün bir tarix kimi təyin etmişdi.
İordaniya əsas qanununa görə, ümumi seçkilər bu ölkədə dörd ildən bir keçirilir.