Mart 05, 2021 17:46 Asia/Baku
  • İraq Ali İslam Məclisinin sədri papanın bu ölkəyə səfərini alqışlayıb

İraq Ali İslam Məclisinin sədri dünya katoliklərinin rəhbəri Papa Fransisin İraqa səfərini bu ölkənin tarixi və sivilizasiya mövqeyinin nişanəsi adlandırıb.

SəhərAzəri xəbər verir, Şeyx Humam Həmudi vurğulayıb: Papanın İraq şiələrinin ali mərcəyi Ayətullah Seyyid Əli Sistani ilə görüşü sülh, ədalət və qardaşlığa söykənən dəyərlərin əsasının qoyulmasında İraqın böyük rolu və əzəmətli islami yerinə bir təkiddir.

İraq Ali İslam Məclisinin sədri söyləyib: Papanın İraqa səfəri xalqlar üçün tarixi bir müraciətdir ki, təhlükəsizlik və tolerantlıqla bir-birilərinin kənarında dinc yanaşı yaşayaraq, parlaq bir gələcək qursunlar.

Dünya katoliklərinin rəhbəri Papa Fransis bu gün üçgünlük səfər məqsədilə İtaliyanın paytaxtı Roma şəhərindən İraqa yola düşüb.

Teqlər