Papa İraq şiələrinin ali mərcəyi ilə görüşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374068-papa_İraq_şiələrinin_ali_mərcəyi_ilə_görüşüb
Dünya katoliklərinin rəhbəri Papa Fransis Nəcəfi-Əşrəf şəhərində İraq şiələrinin ali mərcəyi Ayətullah Seyyid Əli Sistani ilə görüşüb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 06, 2021 11:20 Asia/Baku
  • Papa İraq şiələrinin ali mərcəyi ilə görüşüb

Dünya katoliklərinin rəhbəri Papa Fransis Nəcəfi-Əşrəf şəhərində İraq şiələrinin ali mərcəyi Ayətullah Seyyid Əli Sistani ilə görüşüb.

SəhərAzəri xəbər verir ki, İraqlı mənbələr bildiriblər ki, bu gün səhər Papa Fransis Nəcəfi-Əşrəfdə Ayətullah Seyyid Əli Sistaninin iqamətgahına gəlib. İki tərəf bağlı qapılar arxasında bir saat ərzində söhbət edib.

Bu məlumata əsasən, İraqın hökumət və siyasi şəxsiyyətlərindən heç birinə Ayətullah Sistaninin iqamətgahına daxil olmaq və danışıqlarda iştirak etmək icazəsi verilməyibdir.

Papa və onu müşayiət edən nümayəndə heyəti Ayətullah Sistaninin iqamətgahını tərk etdikdən sonra İraqın cənubunda yerləşən Ziqar vilayətinin Ur şəhərinə doğru hərəkət ediblər.

Dünən günortadan sonra İraqa daxil olan Papa Fransis bu ölkənin yüksək vəzifəli rəsmiləri, o sıradan İraqın baş naziri Mustəfa Əlkazimi və bu ölkənin prezidenti Bərhəm Salih ilə görüşübdür.