Səudiyyə Ərəbistanı, Asiya və ABŞ üçün neft qiymətlərini artırdı
Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft və qaz şirkəti, ABŞ və Asiyada alıcılar üçün bütün neft növlərinin aprel satış qiymətlərini artırdı, Avropadakı müştərilər üçün isə qiymətlər endirildi. “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.
SəhərAzəri xəbər verir ki, bildirilir ki, Asiya üçün “Arab Light”ın bir barelinə olan qiyməti 40 sent artırıldı (etalon qiymətindən 1,4 dollar yuxarı). Məlumatda qeyd olunur ki, ABŞ üçün neft qiymətləri artırıldı, Avropa üçün isə əksinə bir barel üçün qiymət 1,7 dollar endirildi.
Bu, Səudiyyə Ərəbistanı tərəfindən qiymət müharibəsi başlatdıqdan sonra, satış qiymətlərinin ən yüksək səviyyəyə qalxdığı kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanı OPEC + neft istehsalını dəyişməz saxlamağa dair şok qərar qəbul etməsindən sonra tələbin davamlı böyüməsini gözləyir.
Xatırladaq ki, mart görüşündə OPEC + gözlənilmədən bütün ölkələri üçün neft hasilatının hazırkı səviyyədə saxlanılmasına dair qərar verdi. Bununla yanaşı, aprel ayında Rusiya üçün hasilatda gündə 130 min barel, Qazaxıstan üçün isə 20 min barel artırmağına dair qərar verildi.
OPEC + nazirliklər səviyyəsində Monitorinq Komitəsinin növbəti iclası 31 martda, bütün OPEC + alyansının iclası isə 1 aprel tarixində baş tutacaq.
Bildirilir ki, Asiya üçün “Arab Light”ın bir barelinə olan qiyməti 40 sent artırıldı (etalon qiymətindən 1,4 dollar yuxarı). Məlumatda qeyd olunur ki, ABŞ üçün neft qiymətləri artırıldı, Avropa üçün isə əksinə bir barel üçün qiymət 1,7 dollar endirildi.