Mart 10, 2021 15:39 Asia/Baku
  • Əl-Husi: “Yəmənə qarşı müharibə, Səud monarxiyasının sonudur”

Yəmən Ali Siyasi Şurasının üzvü çıxış edərək Yəmənə qarşı müharibənin davam etdirilməsinin Səud rejiminin monarxiyasına son qoyacağını bildirib.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi çıxışında dedi: "Yəməndəki həqiqi sülh, mühasirənin qaldırılmasından və hücumların dayandırılmasından asılıdır. Bin Salmana burdan deyirəm. Ölkəmizə qarşı müharibəni davam etdirmək sənin idarəçiliyinə və monarxiyana son qoyacaq".

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, Əl-Husi ABŞ-ı irqçilik və məcburiyyətdən imtina edib barışığa doğru hərəkət etməyə çağırıb. Xatırladaq ki, Səudiyə rejimi Birləşmiş Ştatların, Birləşmiş Ərəb Əmirliklərinin və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə qarşı müharibəyə başladı. Səudiyyə rejiminin və müttəfiqlərinin Yəməndə müharibə başlatması nəticəsində on minlərlə insan həyatını itirib və milyonlarla insan yaşadığı yerlərdən qaçqın düşüb. İşğalçı Səudiyə rejiminin hərbi təcavüzü ölkədə kəskin qida və dərman qıtlığına səbəb oldu. Yəmən xalqının qətiyətli müqaviməti nəticəsində Səudiyyə rejimi və müttəfiqləri bu günə qədər hələ də hədəflərinə çata bilməyib.

Teqlər