Yəməndə yeni hərbi nailiyyətlərin təqdimatı olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374288-yəməndə_yeni_hərbi_nailiyyətlərin_təqdimatı_olub
Yəmənin hərbi sənayesi və yeni yerli təchizatların sərgisi bu ölkənin bir qrup hərbi və siyasi rəsmilərinin iştirakı ilə Sənada açılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2021 19:30 Asia/Baku
  • Yəməndə yeni hərbi nailiyyətlərin təqdimatı olub

Yəmənin hərbi sənayesi və yeni yerli təchizatların sərgisi bu ölkənin bir qrup hərbi və siyasi rəsmilərinin iştirakı ilə Sənada açılıb.

SəhərAzəri xəbər verir, bu gün və Ənsarullah Hərəkatının komandirlərindən olan "Seyid Hüseyn Bədrəddin Əl-Husi"nin şəhadətinin ildönümü günündə keçirilən bu sərgidə, yəmənli qüvvələrin istehsal etdiyi yeni hərbi təchizatlar, o cümlədən, ballistik raketlər, Pilotsuz Uçan Aparatlar, tank əleyhinə texnikalar, artilleriya, eləcə də yüngül və ağır silahların təqdimatı olubdur.

Yəmənin Ali Siyasi Şuranın sədri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Mehdi Əl-Məşat sərgidə iştirak edərək, bu nailiyyətləri Yəmən xalqının uğuru kimi dəyərləndirib və əlavə edib: "Bütün bu silahlar və təchizatlar bacarıqlı yəmənli mütəxəssislər tərəfindən istehsal olunub.