Avropa və ABŞ Məaribin azad edilməsindən əsəbidirlər
Dörd Avropa ölkəsi və Amerika bir bəyanatda Yəməndə Məarib şəhərinin azad edilməsi əməliyyatını pisləyib və onun dayandırılmasını istəyiblər.
SəhərAzəri xəbər verir ki, İngiltərə, Fransa, Almaniya, İtaliya və Amerika bir bəyanatda Yəmənin ordusu və xalq komitərindən istəyiblər ki, Məarib şəhərinin azad edilməsi əməliyyatını dayandırsınlar.
Bəyanatda səud koalisiyasının Yəmənə qarşı hücumlarına işarə olunmadan, Ərriyaddan Yəmənə qarşı mühasirə və hücumları dayandırmasını istəmək yerinə, Rəsmi Sənadan hücumları dayandırması istənilibdir.
Bu bəyanat elə bir şəraitdə verilir ki, Yəmənin ordusu və Ənsarullah hərəkatı Məarib şəhərinin yeddi kilometrliyinə çatıblar. Onlar keçən həftələrdə geniş bölgələri azad ediblər.
Rəsmi Sənanın məsul şəxsləri deyirlər ki, Məarib əməliyyatı hücum deyil, müdafiə əməliyyatıdır və səud koalisiyası, həmçinin İŞİD və Əlqaidə terrorçularının bir çox hücumu məhz bu bölgədən həyata keçirilir.