Mart 17, 2021 19:47 Asia/Baku
  • Hizbullah: “Rusiya ilə Suriyanın təhlükəsizliyi və terrorizm mövzusunda həmfikirik”

Moskvada səfərdə olan Livanın Hizbullah hərəkatının nümayəndə heyəti Moskva ilə hərəkat arasında əməkdaşlıq və konsensusun olduğunu bildirib.

SəhərAzəri xəbər verir ki, Rusiya rəsmiləri ilə görüşmək üçün martın 15-dən Moskvada olan Hizbullah heyəti, yeni hökumətin qurulması da daxil olmaqla, müxtəlif mövzuları müzakirə etdiklərini söyləyib.

 Hizbullahın nümayəndə heyətinin üzvü Əmmar Əl-Musavi dünən (16 mart) keçirdiyi mətbuat konfransında bunları deyib: “Bəzi Qərb ölkələri koronavirus peyvəndi məsələsini siyasi qazanc əldə etmək üçün bəhanəyə çeviriblər və bu peyvəndlə Rusiya ilə əməkdaşlıq yolu başladı və müsbət nəticə verəcək”.

 Əl-Məyadinin yazdığına görə Əl-Musəvi rusların Livandakı təhlükəsizliyi və sabitliyi qorumaq üçün daha çox narahatlıq nümayiş etdiklərini söyləyərək, belə deyib: “Livan bir çox problemlə qarşılaşır, dostlarının köməyinə ehtiyac duyur, xüsusən də Rusiyanın”.

 O, daha sonra bunları deyib: “Bölgədəki vəziyyətin ümumi xüsusiyyəti sabitliyin olmamasıdır və Rusiya ilə Suriyada sabitliyin təməllərinin yaradılması və terrorizmin bu ölkəyə qaytarılmaması mövzusunda həmfikirik”.

 

Teqlər