Mart 19, 2021 21:36 Asia/Baku
  • Yəmən Aramko neft təsisatlarına qarşı PUA hücumları keçirib
    Yəmən Aramko neft təsisatlarına qarşı PUA hücumları keçirib

Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkə ordusunun Ərəbistanın paytaxtı Ərriyadda yerləşən Aramko neft təsisatlarına qarşı PUA hücumlarından xəbər verib.

SəhərAzəri xəbər verir ki, Yəhya Əlsərii bu gün bildirib ki, yəmənli qüvvələr altı pilotsuz uçuş aparatından istifadə edərək, Ərriyadda yerləşən Aramko neft təsisatlarını hədəfə alıblar.

Əlsərii sonra deyib ki, bu hücum səud koalisiyası tərəfindən Yəmənin zalımcasına mühasirəsinə və təcavüzkarcasına hücumlarına cavab olaraq həyata keçirilib və Yəmənin mühasirəsi və ona qarşı təcavüzkarlıq davam edənədək bu hücumlar da artan tərzdə davam edəcəkdir.

Yəmənli qüvvələr dünən gecə də Ərəbistanın cənub-qərbində yerləşən Əbha hava limanındakı hədəflərə qarşı PUA hücumu həyata keçirmişdilər.

Ərəbistan/ ABŞ-ın, əmirliklərin və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından etibarən, Yəmənə qarşı hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

 

Teqlər