Yəmən ordusu Məaribdə Səudiyyə rejiminin MQ-9 PUA-nı vurdu
Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri Məarib Vilayətinin səmasında Səudiyyə rejiminin işğalçı koalisiyasına məxsus ABŞ istehsalı bir ədəd pilotsuz təyyarəni vuraraq yerə salıb.
SəhərAzəri xəbər verir ki,İlam Əl-Hərbi Əl-Yəməni saytının məlumatına görə, pilotsuz təyyarənin bu gün (23 mart) günortadan sonra Yəmənin hava müdafiəsi tərəfindən Məarib vilayətinin hava məkanında düşmənçilik tapşırıqlarını yerinə yetirərkən vurulduğu bildirilib. Vurulan PUA-nın ABŞ-a məxsus MQ-9 pilotsuz təyyarəsi olduğu qeyd edilib.
Xatırladaq ki, MQ-9 ilk zərbəçi PUA-dır. MQ-9 Reaper PUA-nın turbopərvanə motoru saatda 250 knot sürət yığmasını və 40.000 fut hündürlüyə çıxmasını təmin edir. MQ-9 Reaper UAV-nin uçuş müddəti isə 20 saat təşkil edir. MQ-9 Reaper UAV 1.5 ton ağırlığında olan sursat daşımaq qabiliyyətinə malikdir. (Hellfire döyüş raketi və GBU-12 Lazer Başlıqlı Bombalar).
Təyyarənin digər xüsusiyyətləri:
Ekipaj: yox (təyyarə içində), 2 (idarə mərkəzində)
Uzunluq: 11 m
Hündürlük: 3.81 m
Qanad eni: 20 m
Boş ağırlığı: 2,223 kq
Maksimum yükgötürmə qabiliyyəti: 4,760 kq
Yanacaq həcmi: 1,800 kq
Mühərrikin tipi: 1 HDD Honeywell TPE-331-10T 900 bg (670 kW)
Maksimum sürət: 482 km / s
3000 km məsafəyə malikdir
40 saata qədər havada qalmağı bacarır.