Mart 28, 2021 00:11 Asia/Baku

İraqlı Əhli-Beyt (ə) sevdalıları İmam Mehdi Sahibəz-Zamanın (ə.f) mübarək mövludu münasibətiylə Nimeyi Şəban ziyarətini etmək üçün İraqın ucqar cənubundan müqəddəs Kərbəla şəhərinə yürüşlərə başlayıblar.

SəhərAzəri xəbər verir ki, İmam Höccət ibnil Həsənin (ə.f) mövludu münasibətilə İraqın cənubunu Şəhidlər Sərvərinin (ə) şəhəri ilə birləşdirən yol, yaşıl, sarı və qırmızı bayraqlar daşıyan insan seli ilə bəzənib.

 İmam Mehdinin (ə.f) aşiqləri olan gənclər, qadınlar və qocalar bu günlər ərzində müqəddəs Kərbəla şəhərinə doğru piyada ziyarətlərini davam etdirərək, Əhli-Beytin (ə) şad günlərinə sevinclərini təzahür etdirirlər.

 Yürüş boyu lazımlı təhlükəsizlik və sağlamlıq xidmətlərini göstərməklə yanaşı, onlara lazımi xidmətlər göstərmək üçün bəzi səyyar İmam Hüseyn (ə) alaylarının zəvvarların xidmətində durduğu bildirilir.

 Artıq Kərbəla şəhərində də təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.Deyerler.org

 

Teqlər