İraqın baş naziri Səudiyyə Ərəbistanına daxil olub
İraq mənbələri bu ölkənin baş nazirinin Səudiyyə Ərəbistanına daxil olduğunu bildiriblər.
SəhərAzəri "Bağdad Əl-Youm"a istinadən xəbər verir ki, İraqın baş naziri Mustafa əl-Kazimi çərşənbə günü bir nümayəndə heyətinin başında Səudiyyə Ərəbistanına gedib.
M.Əl-Kazimi bu səfərdə Səudiyyə Ərəbistanı ilə İraq arasındakı ikitərəfli münasibətləri nəzərdən keçirəcək və Səudiyyə rəsmiləri ilə Bağdad və Riyad arasında ortaq əməkdaşlığı müzakirə edəcək.
Səudiyyə Ərəbistanının İraqdakı səfiri bildirib ki, İraq baş nazirinin Səudiyyə Ərəbistanına səfəri vacib bir səfərdir və vacib bir zamanda reallaşacaq.
Səudiyyə Ərəbistanının İraqdakı səfiri Əbdül Əziz Şammari qeyd edib ki, İraq baş naziri Mustafa Əl-Kaziminin çərşənbə günü planlaşdırılan Səudiyyə Ərəbistanı ziyarəti əhəmiyyətli bir səfərdir:
"Bu görüş zamanı bir sıra siyasi, təhlükəsizlik və iqtisadi məsələlər müzakirə ediləcək və müxtəlif sahələrdə bir sıra müqavilələr imzalanacaq. İraqla sərhəd keçidlərini artırmağa çalışırıq və Arar keçidindən gecə-gündüz istifadə olunur. İki tərəf arasında Koordinasiya Şurası vəziyyətində görüşlər davam edir və yaxın zamanda iki ölkənin iş adamları arasında əhəmiyyətli bir görüş keçiriləcək".
Keçən cümə axşamı, İraq baş naziri Mustafa əl-Kazimi və Səudiyyə kralı Salman bin Əbdüləziz arasında baş tutan videokonfrans formatında görüşdə, Əl-Kazimi Səudiyyə Ərəbistanına rəsmi səfərə dəvət edilib.