Səudiyyə koalisiyası Yəmənin iki neft tankerini ələ keçirdi
Yəmən Milli Neft Şirkəti, cümə axşamı gecəsi Səudiyyə təcavüzkar koalisiyasının neft daşıyan iki gəmini ələ keçirdiyini elan etdi.
SəhərAzəri xəbər verir ki, Yəmənin Milli Neft Şirkəti bu iki gəminin ələ keçirilməsi ilə Yəmənin yanacağı daşıyan ələ keçirilən gəmilərinin sayının 10-a çatdığını qeyd etdi.
Məlumata görə, Səudiyyə təcavüzkarı koalisiyası tərəfindən ələ keçirilən gəmilər Birləşmiş Millətlər Təşkilatı tərəfindən lisenziyalaşdırılıb. Bu elə bir haldadır ki,Yəmən Neft Şirkəti çərşənbə axşamı Səudiyyə təcavüzkarları koalisiyası tərəfindən ələ keçirilən yanacaq tankerlərindən ikisinin qaldırıldığını elan etmişdir.
Yəmən, Səudiyyə təcavüz koalisiyasının mühasirəsi üzündən son altı ildə kəskin yanacaq və ərzaq çatışmazlığı ilə üzləşib.
BMT Baş katibinin İnsani Haqları üzrə Müavini Mark Lowcock bu yaxınlarda Yəmənin, tarixin ən pis humanitar fəlakəti ilə üzləşdiyini bildirib.
Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin martından bəri Yəməni işğal edərək mühasirəyə alıbdır. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə hücumu indiyədək on minlərlə insanın ölümünə və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olub.
Səudiyyə Ərəbistanının hərbi təcavüzü həm də yoxsul Yəmən ölkəsini qida və dərman çatışmazlığı ilə üzləşdirib.