Məkkədə İŞİD lehinə şüarlar deyən şəxs tutuldu+Video
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375229-məkkədə_İŞİd_lehinə_şüarlar_deyən_şəxs_tutuldu_video
Müqəddəs Məkkə şəhərində Məscidul-Həram məscidində İŞİD-in lehinə şüarlar səsləndirən və bıçaq daşıyan şəxs saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2021 17:02 Asia/Baku

Müqəddəs Məkkə şəhərində Məscidul-Həram məscidində İŞİD-in lehinə şüarlar səsləndirən və bıçaq daşıyan şəxs saxlanılıb.

SəhərAzəri - Sputnik-ə istinadən xəbər verir ki, Məkkə Polis İdarəsinin sözçüsü hadisənin Məscidul-Həramın birinci mərtəbəsində baş verdiyini və təhlükəsizlik qüvvələrinin terror təşkilatlarını dəstəkləyən şüarlar səsləndirən, həmçinin üzərində silah gəzdirən şəxsi tutduğunu bildirib.

 Polis təcavüzkarın kimliyini açıqlamasa da, hadisədə ölən və ya yaralananların olmadığını bildirib.