Apr 03, 2021 16:23 Asia/Baku
  • Səudiyyə Ərəbistanının Yəmənlilər qarşı hücumu davam edir

Səudiyyə koalisiyasının Marib vilayətinə etdiyi hücumda bir Yəmən vətəndaşı ölüb, yeddi nəfər yaralandı.

SəhərAzəri xəbər verir ki, Səudiyyə təcavüzkar döyüşçüləri cümə günü Marib vilayətindəki Rəhbə şəhərinin "Fəəc Nəqəə" bölgəsini hədəf alaraq bir mülki vətəndaşı öldürüb, yeddi nəfəri isə yaralayıblar.

Səudiyyə koalisiyası Marib vilayətinin gündəlik hücumlarla ordu qüvvələri və Yəmən Xalq Komitələri tərəfindən azad edilməsinin qarşısını almağa çalışır. Səudiyyə qırıcıları Cümə axşamı da dörd dəfə Sarvah və Madğəl şəhərlərini hədəf alıblar.

Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləİ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin martından bəri Yəmənə quru, dəniz və havadan hücum edərək mühasirəsinə başladı.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə qarşı hücumu indiyədək 16 mindən çox yəmənlini öldürülməsi, on minlərlə insanın yaralanması və milyonlarla yəmənlini didərgin düşmənsinə səbəb olub.

 

Teqlər