İordaniyada çevriliş hazırlayan şahzadə: Sakit durmayacağam
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375336-İordaniyada_çevriliş_hazırlayan_şahzadə_sakit_durmayacağam
İordaniya şahzadəsi, kral II Abdullahın ögey qardaşı Həmzə bin Hüseyn ordunun tələbini yerinə yetirməyəcəyini və susqunluğunu qorumayacağını bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 05, 2021 09:16 Asia/Baku
  • İordaniyada çevriliş hazırlayan şahzadə: Sakit durmayacağam

İordaniya şahzadəsi, kral II Abdullahın ögey qardaşı Həmzə bin Hüseyn ordunun tələbini yerinə yetirməyəcəyini və susqunluğunu qorumayacağını bildirib.

SəhərAzəri Qərbi Asiya kiv-lərinə istinadla xəbər verir ki, şahzadənin səs yazısını İordaniya müxalifəti yayıb. Şahzadə səs yazısında hökumətlə konfliktdə eskalasiyaya gedəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Həmzə bin Hüseyn gözlənilmədən bir neçə mühüm vəzifəli şəxslə birgə nəzarət altına alınmışdı. Onun çevrilişə cəhddə şübhəli bilindiyi mətbuat tərəfindən yayılmışdı.