Apr 05, 2021 14:23 Asia/Baku
  • Sionist rejimin müharibə naziri:

Sionist rejimin müharibə naziri Nazirlər kabinetinin Netanyahu tərəfindən qurulmasını fəlakətli dəyərləndirib.

SəhərAzəri xəbər verir ki, sionist rejimin «Mavi və Ağ» partiyasının sədri Benni Qants deyib: "Biz dəyərlərinə sadiq qalanların yanında olavağıq və şəxsi maraqlarını güdənlərdən uzaqlaşacağıq".

Bundan əvvəl sionist rejimin baş naziri etiraf etmişdi ki, işğal olunmuş ərazilərdəki hazırkı vəziyyətdə təhdidlərlə qarşılaşmaq üçün radikal sağçı bir kabinetə ehtiyac var.

Sionist rejimin seçkilər komissiyası tərəfindən elan edilmiş dördüncü Knesset seçkilərinin nəticələrinə əsasən, Netanyahunun rəhbərlik etdiyi radikal sağçı Likud partiyası və onun ənənəvi müttəfiqləri 52 mandat qazanaraq, yeni kabineti qurmaq üçün lazımi çoxluğu əldə edə bilməyiblər.

Beləliklə də Fələstinin işğal olunmuş ərazilərində son iki ildə keçirilən dördüncü seçkilər də sionist rejimi siyasi çıxılmaz viziyyətdən xilas edə bilmədi və praktiki olaraq, koalisiya kabineti qurmağın yolu bir daha Benyamin Netanyahunun mənsub olduğu partiya və onun siyasi rəqiblərinin özünə bağlandı.

Beləliklə, Netanyahu yeni hökuməti qurmaqda uğursuz olarsa, baş nazir olaraq, onun gələcəyi risk altına düşəcək, çünki işğal olunmuş ərazilərdə keçən il Likud partiyası və Benni Qantsın rəhbərlik etdiyi "Mavi və Ağ" partiyasının yeni hökuməti qurmaq üçün kövrək ittifaqından sonra qismən aradan qaldırılan  siyası dalana dirənmə vəziyyəti yenə də davam edəcək.

Teqlər