İordaniyada çevriliş cəhdində İsrail rejiminin barmağı var
Sionist mətbuatı sabiq Mossad əməkdaşının İordaniyada baş tutmayan çevriliş cəhdində iştirak etdiyini bildirib.
SəhərAzəri xəbər verir ki,Yediot Ahranot qəzeti İordaniya krallığına bağlı saytın keçmiş Mossad agentinin də çevriliş cəhdində iştirak etdiyini yazdığını açıqlayıb.
Xəbərə əsasən, İordaniya kral ailəsinə bağlı olan Ammon saytı İsrail rejiminin məxfi xidmətində işləyən keçmiş bir agentin kral Abdullahın ögey qardaşı Şahzadə Həmzə və həyat yoldaşına çevriliş cəhdindən sonra ölkədən qaçmaq üçün təyyarə bileti təklif etdiyini bildirib.
Cerusalem Post qəzeti, hazırda Avropada yaşayan Roi Şpuşnik adlı sionistin şahzadə Həmzənin həyat yoldaşına yardım təklifini etiraf etdiyini, ancaq bununla birlikdə, heç vaxt Mossad üçün işləmədiyini söylədiyini bildirib.
Şahzadə Həmzə, çevriliş cəhdindən sonra ev dustağına salındığını açıqlamışdı.
İordaniya kəşfiyyat rəsmisi, çevriliş cəhdinin həm daxili, həm də xarici dəstəklə planlaşdırıldığını bildirib, lakin heç bir ölkənin adını çəkməyib.