Apr 06, 2021 14:43 Asia/Baku
  • Əynuləsəd bazasının bir hissəsi boşaldılıb

İraq silahlı qüvvələri baş komandanlığının sözçüsü Əynuləsəd bazasının bir hissəsinin amerikan koalisiya tərəfindən boşaldılaraq, İraq ordusuna təhvil verilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir ki, Yəhya Rəsul deyib: Amerikan koalisiya Əynuləsəd hava bazasındakı bir neçə generatoru, istilik nəzarət kameralarını, bir sıra təchizatı və nəzarət qüllələrini İraqın təhlükəsizlik qüvvələrinə təhvil verib.

İraq silahlı qüvvələri baş komandanlığının sözçüsü sonra söyləyib: Amerikan koalisiya üç gün bundan öncə də bazanın bəzi hissələrindəki bir neçə nəzarət qülləsini, təqribən iki həftə bundan qabaq isə təchizatların bir hissəsini və bir neçə avtomobili iraqlı qüvvələrə təhvil vermişdi.

Son həftələr ərzində amerikan koalisiya qüvvələrinin karvanları və ya onların İraqın müxtəlif nöqtələrindəki qərargahları dəfələrlə hücum hədəflərinə çevriliblər.

Teqlər