İraqın baş naziri: “İŞİD-in iki nömrəli adamı və komandirləri öldürüldü”
İraqın baş naziri Mustafa Əl-Kazımi İŞİD-in 2 nömrəli adamının və bu terror qruplaşmasının onlarla liderinin İraq Terrorla Mübarizə Xidmətinin son əməliyyatı zamanı öldürüldüyünü elan edib.
SəhərAzəri xəbər verir ki,Mustafa Əl-Kazımi bu gün (10 aprel) kabinetinin bəzi nazirlərinin müşayiəti ilə İraq Terrorla Mübarizə İdarəsinin qərargahına gəlib və Terrorla Mübarizə üzrə ilk Beynəlxalq Elmi Konfransda çıxış edib.
Shafaq News saytının verdiyi məlumata görə, Əl-Kazimi konfransda İŞİD-in iki nömrəli adamının və bu terror qruplaşmasının onlarla liderinin İraq qüvvələrinin təhlükəsizlik və hərbi əməliyyatlarında öldürüldüyünü açıqlayaraq, İraq Terrorla Mübarizə İdarəsinin dövrün xəvaricləri olan İŞİD terror qruplaşması qarşı qurtuluş döyüşlərində gözlənilən səviyyədə olduğunu və məsuliyyət daşıdığını bildirib: “Terrorizm hər kəs üçün qlobal və vacib bir çağırışdır və İraq bu çağırışda hərtərəfli iştirak etmişdir. İraqlılar bütün dünyaya sürətlə yayılan yalançı terrorizmdən qurtulmağa kömək etdilər. Bu yolda bir çox dostlar İraqla birlikdə idi, amma terrorizm üzərində qələbə nəhayət iraqlılar tərəfindən əldə edildi. İraqlılar özləri üçün və bütün dünya adından terrorla mübarizə apardıqlarına görə fəxr etməlidirlər.
Ordudan polisə qədər İraqın bütün təhlükəsizlik qüvvələri, Əl-Həşduş Şəbi, Peşmərgə, Milli Təhlükəsizlik Xidməti, kəşfiyyat və sairənin əsas işi və məsuliyyəti terrorla mübarizə idi.
Bu milli xidmət qüvvələri İŞİD terror qruplaşmalarının məhv edilməsində mühüm rol oynadı və hələ də ucqar bölgələrdə yerləşən terrorçu dəstələrə hücum edir. Son aylarda “Əl-Sil Əl-Cərf” əməliyyatı zamanı İŞİD-in iki nömrəli adamı ilə onlarla terror komandiri və yüzlərlə üzvünü öldürdü”.