Apr 12, 2021 22:56 Asia/Baku
  • Yəməndə hər 5 dəqiqədə bir uşaq dünyasını dəyişir

Yəməndəki Ali İnqilab Komitəsinin sədri, ölkədə gedən amansız mühasirəyə görə, hər 5 dəqiqədə bir uşağın öldüyünü söyləyib.

SəhərAzəri xəbər verir ki,  bu barədə Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi məlumat yayıb.

O, Dünya Sağlamlıq Günü ərəfəsində "Tvitter" səhifəsində yazıb: "ABŞ, Britaniya, Səudiyə (Səud rejimi), BƏƏ və onların müttəfiqləri tərəfindən Yəmənin qeyri-insani mühasirəsi səbəbindən hər 5 dəqiqədə bir uşaq ölür. Mənfur düşmənlərimiz aclıqdan silah kimi istifadə edir. Onalar bütün qırmızı xətləri keçərək, BMT qanunlarını pozur".

Yəmənin Ənsarullah hərəkatının mətbuat katibi Məhəmməd Abdussalam da "Tvitter" səfəsində, mübarək Ramazan ayı ərəfəsində təcavüzkar qüvvələrin ardıcıl yeddinci ildirki bütün insani dəyərləri pozaraq ölkəni mühasirədə saxlamağı davam etdiyini vurğulayıb.

"Allahın köməyi ilə xalqımız təcavüzə qarşı durmağa və azadlıq, ləyaqət, suverenlik hüquqlarını müdafiə etməyə davam edəcək", - deyə mətbuat katibi bildirmişdir.

Keçən il Sana, BMT baş katibinin, Səudiyə rejiminin koalisiyasını uşaq hüquqlarını pozanların siyahısından çıxarma qərarını qınayaraq, Birləşmiş Millətlərin milyonlarla yəmənli uşağın aclıq və kütləvi ölümlərinə laqeyd olduğunu bildirib.deyerler.org

 

Teqlər