Apr 14, 2021 13:30 Asia/Baku
  • Yəmənin Marib şəhərində son vəziyyət

Son bir neçə saat ərzində Səna qüvvələrinin hərbi yerləşdirilməsi yeni tənlik yaradıb və Məarib şəhərində müharibənin balansını dəyişib.

 Deyerler.org-a istinad edən SəhərAzəri  xəbər verir ki, paytaxt Sənadakı Yəmən Milli Qurtuluş hökumətinin tabeliyindəki ordu və inqilabi xalq komitələri böyük irəliləyiş əldə ediblər və getdikcə Məarib şəhərinin girişinə yaxınlaşırlar. Şəhərin sakinləri də Səna qüvvələrini qarşılamağa hazırlaşır.

 Son bir neçə saat ərzində Səna qüvvələri Məarib şəhərinin qərb və şimal-qərb cəbhələrindəki strateji mərkəzləri təmizləyiblər, müharibəni şəhərin qərb bölgələrinə yaxın bölgələrə çəkiblər. Eyni zamanda işğalçı koalisiya qüvvələrinin son müdafiə xətləri də dağıdılıb.

 Məaribdəki yerli mənbələr Yəmən ordusu və xalq komitələrinin Səudiyyə rejiminin koalisiya qüvvələrinə və Məaribin şimalında və qərbində Əl-Qaidə terrorçularına qarşı ciddi mübarizə apardıqlarını bildirirlər.

 Səna qüvvələri Əl-Taləə Əl-Həmranın şərqində böyük hərbi əməliyyata başlayıblar.

 Məaribdəki yerli mənbələr Səudiyyə rejimnin döyüş təyyarələrinin bu şəhərdəki Səna qüvvələrinin irəliləməsinin qarşısını almaq, Əl-Qaidə yaraqlıları və terrorçularını xilas etmək üçün Yəmən ordusunun mövqelərinə və şəhərətrafındakı xalq komitələrinə 44-dən çox hücum həyata keçirdiyini açıqlayıblar. Son saatlarda təkcə Cəbəl Əl-Məşca vadisinə 14 hava hücumu olub.

 Sözügedən mənbələr, bu geniş miqyaslı hücumların Səna qüvvələrinin Məarib şəhərinə doğru irəliləməsini, yeni və strateji sahələri təmizləməsinin qarşısını ala bilmədiyini söyləyiblər.

 Səna qüvvələrinin hərəkətini dayandırmaq üçün məqsədyönlü hava hücumlarına baxmayaraq, bu qüvvələr bu şəhərə doğru irəliləməyə və getdikcə daha çox bölgəni nəzarətə götürməyə davam edirlər. Yəmən ordusu və xalq komitələri şimaldan, qərbdən və şərqdən Məarib şəhərinə yaxınlaşırlar.

 Bu qüvvələr qərbdən və Sirvah cəbhəsindən və Səncər və Harməl yüksəkliklərindən asfalt yola doğru irəliləyirlər və Səna qüvvələrinin asfalt yoldan Məarib şəhər mərkəzinə doğru qalan məsafəsi cəmi 5 km-dir.

 Səna qüvvələri Səudiyyə rejimi və Əl-Qaidə koalisiya qüvvələrinin bu şəhərin şimalındakı Əl-Əlam əl-Abidə hücumunu dəf edib və Məarib şəhərinin şərq girişi ilə Hadramut vilayətinin keçidi və Səudiyyə rejimi ilə Əl-Vədia arasındakı sərhəd məntəqəsi arasındakı beynəlxalq yolda irəliləyirlər.

 Xain eks-prezident Mansur Hadinin hökumət rəsmiləri etiraf edirlər ki, son saatlarda Məarib ətrafında 70-dən çox koalisiya qüvvəsi öldürülüb və onlarlası yaralanıb.

 AFP Xəbər Agentliyinin açıqlamalarına görə, Səudiyyə rejiminin koalisiyasından beş zabit daxil olmaqla 22 nəfərdən çox adam ölüb, onlarla adam yaralanıb.

 Bu itkilər Sənadan 120 km. şərqdə, Məaribin şimal-qərbindəki Vadi Əl-Məşcə və Əl-Qusaradakı koalisiya qüvvələrinə yaşadılıb.

 Səna qüvvələrinin Məarib şəhərinin girişlərində irəliləməsi koalisiya və tabeliyindəki yaraqlıların məyusluğuna səbəb olub və vəziyyət onların nəzarətindən çıxaraq şəhərdə ciddi təhlükəsizlik tədbirlərinə səbəb olub.

 Bu şəhərdə talan və xaosun artdığı bildirilir. Safirdən Məarib şəhərinə gələn neft tədarükü talan edilib və bu şəhərdəki neft məhsulları böhranı, Əl-Ravza bölgəsi də daxil olmaqla şəhərin əksər məhəllələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

 Bu, koalisiya qüvvələrinin şəhərin qərbində bənd qurduğu, xəndək qazdığı və küçə döyüşlərinə hazırlaşdığı vaxtda baş verib.

 Koalisiya Əməliyyat Otağından səudiyyəli zabitlərin və Hadi rejiminin hərbi komandirlərinin yerləşdiyi Belqis otelinin ətrafında çoxlu sayda əsgər var. Şəhər sakinləri bunu şəhərin tezliklə Səna qüvvələri tərəfindən fəth ediləcəyinə işarə kimi qiymətləndirirlər.

 Məarib şəhəri Səudiyyə rejiminin bir çox yüksək səviyyəli hərbi komandirlərinin Hadramot vilayətinin üç tərəfindən qaçmasına şahiddir.

 Hadi rejiminin baş qərargah rəisi Sağir bin Əbdüləzizin şəhərdən qaçması barədə ziddiyyətli xəbərlər yayılıb.

 Bəziləri şəhərdən getməsinin səbəbinin koalisiya qüvvələrinin bu şəhərdəki sürətli məğlubiyyətinin səbəblərini izah etmək olduğunu, bəziləri isə Hadi rejiminin informasiya naziri Muammar Əl-Əryaninin şəhərin fəth və Ənsarullah qüvvələri tərəfindən ələ keçirmək ərəfəsində olduğunu başa düşməsindən sonra şəhərdən çıxarkən bəhanəsinin onu müşayiət etmək olduğunu bildirirlər.

 Məarib şəhəri Səna qüvvələri tərəfindən fəth edilmək ərəfəsində olduğu üçün Ənsarullah emblemləri ilə dolub, lakin Səudiyyə rejiminin koalisiya qüvvələri bu vəziyyətə dözməyərək, şəhər sakinlərini həbs etməyə başlayıblar.

 

Teqlər