Apr 17, 2021 23:18 Asia/Baku
  • Yəmən ordusu Səudiyyə rejiminin həssas hərbi nöqtəsini hədəfə alıb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə rejiminin cənub-qərbindəki həssas bir hədəfə qarşı PUA əməliyyatı keçirdiklərini elan edib.

SəhərAzəri xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii bu gün (17 aprel) Səudiyyə rejiminin Kral Xalid aviabazasına qarşı pilotsuz təyyarə əməliyyatının başladıldığını elan edib:

"Yəmən ordusunun PUA birliyi Qasif 2K pilotsuz təyyarəsi ilə Xamis Muşaitdə (Səudiyyənin cənub-qərbində) Kral Xalid aviabazasına qarşı hücum əməliyyatı həyata keçirdi.

Həmin hücumda həssas bir hərbi nöqtə hədəfə alındı və dəqiq şəkildə vuruldu. Bu əməliyyat Səudiyyə rejiminin koalisiyasının təcavüzünü və Yəmənə qarşı davamlı mühasirəsini artırmasına cavab olaraq həyata keçirildi”. 

Teqlər