Apr 20, 2021 11:05 Asia/Baku
  • ABŞ-ın İraqdan çıxması üçün komitə quruldu

İraqın baş naziri Mustafa Əl-Kazımi ABŞ əsgərlərinin İraqdan çıxarılması hüquqi mexanizmlərini formalaşdırmaq üçün hərbi-texniki komitənin qurulduğunu elan edib.

SəhərAzəri:Mawazin News-un məlumatına görə, Mustafa Əl-Kazımi İraq təhlükəsizlik və hərbi aparatı komandirləri və zabitlərinin qatıldığı iftar süfrəsində belə bir açıqlama verib: “İraq qüvvələrinin İŞİD-in qalıqları qarşısında təhlükəsizlik tapşırıqlarını götürməyə daha böyük hazırlığından sonra, beynəlxalq koalisiya qüvvələrinin çıxarılmasına dair qanuni və vaxt aparan mexanizmləri konstruktiv, real və məsuliyyətli dialoqla tətbiq etməyə müvəffəq olduq.

 Bütün məsuliyyətləri üzərinə götürməyə tam hazır olduğumuz üçün tədricən həll ediləcək çətinliklər və ehtiyaclar var. İraqın çətinlik və ehtiyaclarını və beynəlxalq koalisiya qüvvələrindən məsuliyyət götürmə mexanizmlərini müəyyənləşdirmək üçün bir mütəxəssis hərbi komitə qurduq.

 İraq bölgədəki sadə ölkə deyil. İraq bölgədə dərin və iç-içə tarixi bir irsə sahib olan bir ölkədir və qəhrəmanları terrorizmi məğlub edənlərdir. Bizim vəzifəmiz hərbi və təhlükəsizlik qurumlarını ən yüksək səviyyəyə çatdırmaq və bütün çətinliklərlə üzləşmək və bütün boşluqları doldurmaq üçün texniki və silah hazırlığıdır”.

Teqlər