Əsəd namizədliyini rəsmən irəli sürdü
Apr 21, 2021 19:53 Asia/Baku
Suriya Prezidenti Bəşşər Əsəd Ali Məhkəməyə seçkidə namizəd kimi qeydə alınması üçün müraciət edib.
SəhərAzəri:Bu məlumatı SANA agentliyi yayıb.
Qeyd edək ki, Suriyada prezident seçkisinə namizədlərin müəyyənləşdirilməsinə bir müddət öncə izn verilib.
Ölkədə prezident seçkisinin 26 mayda keçirilməsi nəzərdə tutulur.