Yəmən qüvvələri Səudiyyə rejiminin aviabazasına qarşı əməliyyat keçirib
Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii bu gün (22 aprel) səhər Səudiyyə rejiminin Kral Xalid aviabazasındakı hərbi hədəflərə qarşı pilotsuz təyyarə əməliyyatı keçirildiyini elan edib.
Deyerler.org-a əsaslanan SəhərAzəri xəbər verir ki, general-mayor Yəhya Sərii Tvitter üzərindən verdiyi açıqlamasında, belə qeyd edib: “Xamis Muşaitdəki Kral Xalid aviabazasındakı əhəmiyyətli hərbi sahə Qasif 2K pilotsuz təyyarəsi tərəfindən hədəfə alındı.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmin hərbi hədəfin dəqiq şəkildə vurulduğunu bildirərək, belə yazıb: “Səudiyyə obyektlərini hədəfə almaq ölkəmizə qarşı təcavüzün və hərtərəfli mühasirənin artmasına təbii və qanuni cavabımızdır”.
Xatırladaq ki, Yəmən Milli Qurtuluş Hökumətinin müdafiə naziri Məhəmməd Nasir Əl-Atəfi, bir bu yaxınlarda verdiyi açıqlamasında bildirmişdi ki, Səudiyyə rejiminin koalisiyası Yəmənə qarşı təcavüzdə axmaqlığı davam etdirmək istədiyi təqdirdə, “böyük ağrı” strategiyası həyata keçiriləcək.